Ölkə futbolu
Aftandil Hacıyev: "Hər şeyə gec başlamağa öyrəşmişik"
"Maraqlı oyun oldu. Hər iki komanda avrokuboklara düşmək şanslarını böyük ölçüdə itirmiş sayılır. Amma komandamın cüzi şansdan sonadək istifadə etməyə çalışması məni sevindirir".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, meydanda daha çox hücum edən tərəf onun rəhbərlik etdiyi komanda olub: "Topa nəzarət bizim tərəfimizdə idi. İlk hissədə gərginlik var idi. Hər iki qapı qarşısında təhlükəli epizodlar oldu. Amma ikinci yarıda rəqib azlıqda qaldıqdan sonra daha rahat oynamağa başladıq, hücumlarımızın sayı çoxaldı. Hesabı açdıqdan sonra müdafiədə risk edə bilməzdik. "Qəbələ"də əks-hücumlarda təhlükəli olan futbolçular var. Hər an fərdi ustalıqları hesabına rəqibi yaxalaya bilərlər. Həm oyundan, həm də nəticədən razı qaldıq. Çətin dönəmlara baxmayaraq, mübarizədən qopmadılar. Onlara təşəkkür edirəm. Düşünürəm ki, son 3 turda da əllərindən gələni edəcəklər. Çempionatı nikbin notlarla bitirmək istəyirik".
Baş məşqçi klubun heç kimə borclu qalmayacağını söyləyib: "İndi elə dövr deyil ki, kiminsə pulunun arxasına keçsinlər. Amma bir az gecikmə ilə bağlı problem yaranır. Futbolçulara psixoloji baxımdan çətin olur. Bununla belə, sağ olsun rəhbərlik, ötən həftə qismən də olsa, ödəniş etdilər. Elə bir dönəmdəyik ki, puldan daha vacib məsələlər var. Sabah pulu verəndə gec ola bilər. Ona görə komandanın bu gün yaxşı oyun nümayiş etdirməsi məni sevindirdi".
Mütəxəssis Əfran İsmayılovun əvəzlənməsinin oyun vaxtı Hendrik Ekşteynlə mübahisə etməsi ilə bağlı olmadığını vurğulayıb: "Stresli oyun idi. Həm qol vurmaq, həm də top buraxmamaq istəmirdik. Əfran yaxşı zərbə mövqeyində idi, sadəcə, anlaşmazlıq oldu. Normaldır, bunu o qədər də şişirtmək lazım deyil. İsmayılov meydanda ən yaxşılardan idi, çox iş gördü. Sona yaxın Ruslan Hacıyevə şans vermək istədiyimiz üçün onu əvəzlədik".
Hacıyev komandanın əsas müdafiəçisi Adil Nağıyevin bugünkü qarşılaşmada meydana çıxmamasının səbəbini də izah edib: "Məşqdə ayağında ağrılar hiss etdi. Bundan sonra hazırlıqda iştirak etmədi. Hazırda müalicəsi davam edir. İnanırıq ki, yaxın günlərdə məşqlərdə iştirak edə biləcək. Həkimlərin rəyini gözləyirik".
O, klubun gələcəyi ilə bağlı rəhbərliklə ilkin danışıq olduğunu bildirib: "Bir çox məsələlər var ki, onlara aydınlıq gəlməyib. Qarşıdakı həftələrdə yenidən görüşəcəyik. Düşünürəm ki, "Səbail"in gələcəyi mövsümün sonunadək bəlli olacaq. İnanıram ki, klub yaşayacaq. Çünki bizi də əmin ediblər. Sadəcə, bunun hansı şərtlərdə olacağı dəqiqləşməyib. Məşqçilər heyəti də daxil olmaqla, demək olar ki, bütün futbolçuların müqaviləsi başa çatır. Hamısı ardıcıllıqla olmalıdır. Məşqçilərlə bağlı qərar verildikdən sonra digər məsələlərə keçmək olar. Görüləsi çox iş var. Düzdür, gecikirik. Belə şeylərə qış fasiləsindən start vermək lazımdır. Biz isə hər şeyə gec başlamağa öyrəşmişik. Mövsümün sonunu gözləməyə məcburuq" ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
17.10.2026
16.10.2026
15.10.2026
























