Ölkə futbolu
Anatoli Nuriyev: “Emosiyalarım müsbət olsa da, nəticələr məyusedicidir”
Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyevin müsahibəsi
- DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin formasını geyindiniz. Yığmadakı debütünüzü necə dəyərləndirərdiniz?
- Yığmada debüt etdiyim üçün emosiyalarım müsbət olsa da, nəticələr məyusedicidir. Amma hesab edirəm ki, Portuqaliya və Serbiya güclü komandalardır. Meydanda çox çalışdıq. Ən azı heç-heçə etmək, hətta qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Xüsusilə Serbiya ilə matçda üç 100 faizlik qol imkanımız oldu. Onları qola çevirsəydik, qalib də gələ bilərdik.
- Milli üzvləri sizi necə qarşıladı?
- Çox yaxşı. Hamısı əla oğlanlardır. Münasibət xoşuma gəldi. Qapıçı Şahruddin Məhəmmədəliyevlə dərhal yaxşı münasibət qurduq. Emin Mahmudovla da sözümüz tutdu.
- Dünyanın ən yaxşı futbolçularından biri olan Kriştianu Ronalduya qarşı oynadınız. Həyəcan var idi?
- Oyun vaxtı heç bir xüsusi hiss olmadı. Amma Ukraynaya qayıtdıqdan sonra şüur yerinə gəlir və düşünürsən ki, dünyanın ən güclü futbolçularından birinə qarşı oynamısan. Həqiqətən ona qarşı mübarizə aparmaq çox xoş oldu. Yalnız yaxşı hisslər keçirirəm.
- Yığmanın oyunlarından sonra baş məşqçi Canni De Byazi ilə danışdınız?
- Ayrıca söhbətimiz olmadı. Bütün komandaya təşəkkür etdi, yaxşı mübarizə apardığımızı və məğlubiyyətə layiq olmadığımızı söylədi.
- Ukraynada penalti ustası kimi tanınırsınız. Amma Qətər və Serbiya ilə matçlarda 11 metrlik zərbələri siz yox, Ramil Şeydayevlə Emin Mahmudov yerinə yetirdi. Qətərlə oyunda penaltini özünüz qazansanız da, penalti nöqtəsinə Şeydayev yaxınlaşdı...
- Milli komandada yeniyəm. Mənədək penaltini başqaları yerinə yetirib. Onlara deyə bilmərəm ki, topu mənə verin, penaltini özüm vuracağam. Hər şeyin öz vaxtı var. Nə vaxt komandanın lideri olsam, daha doğrusu, yığmaya xeyir versəm, düşünürəm ki, onda penaltini yerinə yetirməyi mənə etibar edərlər. Üstəlik, Emin Mahmudov da bu zərbələrin mahir ifaçısıdır. Azərbaycana gələnədək bütün penaltiləri qola çevirib.
- Amma nəzərə alaq ki, siz də "Minay"ın liderisiniz, eyni zamanda kapitan sarğısını daşıyırsınız...
- Belə deməzdim. Ən yaxşısı, yarıkapitan. Sadəcə, baş məşqçi bəzi oyunlarda sarğını mənə havələ edir.
- Yığmadan komanda yoldaşınız Aleksey İsayevin sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu "qardaş" adlandırmasına münasibətiniz necə oldu?
- Bunu şərh etmək istəmirəm. Fikrimcə, mən tərəfdən nə isə demək düzgün olmaz. Bu, onun öz işidir. Ən yaxşısı, özündən soruşun.
- Azərbaycandan təklif olsa, qəbul edərsiniz?
- Bilmirəm. Nə vaxtsa təklif gəlsə, nəzərdən keçirmək olar. İndi bu barədə danışmaq çətindir.
- "Minay" Azərbaycan Premyer Liqasında hansı yerlər uğrunda mübarizə apara bilər?
- Açığı, Azərbaycan çempionatını elə də diqqətlə izləmirəm. Bütün oyunlara baxmıram. Prinsipcə, Ukrayna çempionatının da bütün görüşlərini izləmirəm. Azərbaycan futbolunun səviyyəsini bilmirəm. Ona görə də fikir bildirmək istəmirəm ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























