Ölkə futbolu
Azərbaycan - Ermənistan: futbolda müqayisəmiz nə dərəcədə düzgündü?
DÇ-2022-nin seçmə mərhələsində Ermənistan millisi ardıcıl üçüncü görüşündə də qələbə qazanmaqla J qrupunda 3 turdan sonra 9 xalla vahid liderdi. Ermənilərin ardıcıl 3 qələbə qazanması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Əksəriyyət dığaların uğurlu startını millimizin Portuqaliya və Serbiyaya məğlubiyyətləri ilə müqayisə edir. Azarkeşlərin narazılığı başa düşüləndi. Millimizin ilk 2 görüşdə xalsız qalması ilə müqayisədə düşmən ölkənin uğurlu startı istər-istəməz qıcıq doğurur. Amma unutmamalı olduğumuz reallıqlar da var. Əvvəlcə ermənilərin bu 3 oyununa qısa şəkildə diqqət yetirək.
BİZ AVTOQOLA ÜZÜLÜRÜK, ONLAR SEVİNİR
İlk görüşdə ermənilər səfərdə Lixtenşteynlə üz-üzə gəliblər. Uzun müddət hesab açılmayan görüşdə yeganə qol 83-cü dəqiqədə vurulub. Lixtenşteynli Frommeltin topu öz qapısına göndərməsi ermənilərə 1:0 hesablı qələbə qazandırıb. Millimiz Turində avtoqolla məğlubiyyətə üzüldüyü halda, dığalar avtoqolla 3 xala seviniblər.
İkinci turda Ermənistan millisi İslandiya 2:0 hesabı ilə qalib gəlib. Oyunun statistikası nəticəni əks etdirmir. Belə ki, bir çox statistik göstəricilərdə rəqibdən üstün olan İslandiya millisi təkcə ikinci hissədə rəqib qapısına 12 zərbə endirib. Gəl ki, bu, nəticəni dəyişmək üçün kifayət etməyib. O ki qaldı Rumıniya ilə oyuna, görüşü izləyənlər də təsdiqləyər ki, hakimin mübahisəli qırmızı vərəqə qərarı olmasaydı, hesabda 2:1 öndə olarkən rumınlar azlıqda qalmasaydılar, çətin ki meydan sahibləri matçdan xalla ayrılardılar. Təbii ki, bütün bu sadaladığımız məqamlar nəyisə dəyişmir. Bəxtin, hakimin sayəsində olsa da, fakt budur ki, ermənilər 9 xalla hazırda qrup lideridilər. Amma istənilən halda iki ölkənin futbolunu müqayisə etmək mübahisəli, bir qədər də yanlışdı. Niyəsini aşağıdakı 2 faktla izah etməyə çalışacağıq.
TARİX NƏ DEYİR?
Birincisi, qəbul etmək istəməsək də, tarix boyu Qafqazda ən zəif futbol bizdə olub. Gürcüləri heç demirik. Amma futbolda ermənilərdən də zəif olmuşuq, acı olsa da, bu, reallıqdı. SSRİ çempionatlarındakı nəticələrə diqqət yetirək.
“Ararat” 1973-cü ildə SSRİ çempionu olub. 1971 və 1976-cı illərdə isə gümüş medala sahib çıxıb. 2 dəfə də (1973, 1975) SSRİ kubokunu qazanıb. Bəs “Neftçi”? Uşaq da bilir ki, bizim SSRİ dövründə yeganə uğurumuz 1966-cı ildə qazandığımız bürünc medaldı. Onunla bağlı söz-söhbətlər isə bu gün də səngimir.
1972/73 mövsümündə “Ararat” UEFA Kubokunda 1/8 finala kimi irəliləyib. Bu mərhələdə Yerevan təmsilçisi “Kayzerslautern”ə (Almaniya) yalnız penaltilər seriyasında uduzub. 2 il sonra indiki Çempionlar Liqasında “Ararat” 1/4 finala kimi irəliləyib. Komandanın yarımfinala gedın yolunu “Bavariya” kəsib - 1:0, 0:2. Bəs “Neftçi”?..
Göründüyü kimi, SSRİ dövründə “Ararat”ın uğurları “Neftçi” ilə müqayisədə daha çox olub.
ONLARDA 7+4, BİZDƏ 1+10
Toxunmaq istədiyimiz ikinci məqam isə hazırkı durumdu. Ermənilərin dünən Rumıniyaya qarşı oynayan heyətinə diqqət edək. Meydana start heyətində çıxan 11 futbolçudan 7-si legioner idi: 2 nəfər “Astana”da (Qazaxıstan), digərləri isə “Rostov” (Rusiya), “Hurakan” (Argentina), “Smirnis” (Yunanıstan), “Anortosis” (Kipr), “Kayrat”ın (Qazaxıstan) üzvləri idi. Sonradan meydana daxil olan 3 nəfərdən ikisi legioner həyatı yaşayır: biri “Hoffenhaym”da (Almaniya), digəri isə “Krasnodar”da (Rusiya) forma geyir. “Riqa”da (Latviya) çıxış edən Babayanla “Jilina”nın (Slovakiya) şərəfini qoruyan Biçakçyan isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Hələ unutmayaq ki, hazırda Ermənistan futbolunun 1 nömrəli ulduzu olan, “Roma”nın üzvü Henrik Mxitaryan zədə səbəbindən yığmasına kömək edə bilmir.
Bəs bizim milli komandamızda bu baxımdan vəziyyət necədir? Serbiya ilə oyundan sonra Canni De Byazinin də dediyi kimi, bizim 30 nəfərlik heyətimizdə yalnız 1 legioner var ki, o da Ukrayna Premyer Liqasında 16 komanda arasında 13-cü pillədə qərarlaşan “Minay”da çıxış edən Anatoli Nuriyevdi.
Uzun sözün qısası, nə qədər acı olsa da, təəssüflənsək də, qəbul etmək istəməsək də, reallıq budur ki, Ermənistanda futbol əvvəl də bizdən üstün olub, bu gün də legioner həyatı yaşayan futbolçuların sayəsində üstündü.
VƏZİYYƏTİ DƏYİŞMƏYİN YALNIZ 1 YOLU VAR
Pafoslu səslənsə də, əminik ki, bu gün əsas millilərimiz üz-üzə gəlsə, heyətdə kimlərin oynamasından asılı olmayaraq 44 günlük Vətən müharibəsində olduğu kimi, yaşıl meydanda da Azərbaycan yığması Ermənistanı diz çökdürəcək. Necə ki, klub səviyyəsində bunu “Neftçi” “Pünik” üzərində parlaq qələbə qazanmaqla, U-17 millimiz rəqibini 3:0 hesabı ilə darmadağın etməklə sübut edib.
2 ölkənin milli komandaları arasındakı fərqi aradan götürməyin, yığmamızın nəticələrini yaxşılaşdırmağın yeganə yolu futbolçularımızın ölkə xaricində çıxış etmələri, legioner həyatı yaşamalıdır. Bu, baş vermədikcə biz hələ uzun illər ermənilərin seçmə mərhələdəki nəticələrinə qəzəblə tamaşa edəcəyik. De Byazi “mentaliteti dəyişməliyik” ifadəsini əbəs yerə səsləndirmir. Azərbaycanlı futbolçuların futbola baxışları dəyişməlidi. İnkişaf etməyi, legioner həyatı yaşamağı düşünmədikcə futbolumuz irəli getməyəcək. Ölkə futboluna nə qədər pul xərclənməsindən, AFFA-ya kimin rəhbərlik etməsindən asılı olmayaraq. Məgər Ermənistan Futbol Federasiyasının hazırkı prezidenti futbol adamıdı?..
Uşaq futbolu da səbəb deyil. Pis-yaxşı son illər “Bakı”dan, “Qəbələ”dən 10-larla futbolçu çıxdı. Onların neçəsi bu gün legioner həyatı yaşayır, neçəsi “Astana”da, “Rostov”da, “Hoffenhaym”da forma geyir?..
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























