18 Yanvar 2026, Bazar günü
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

Kamranın cəzası açıqlandı

AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının 15-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt” - “Səbail” qonaqların qapıçısı Kamran Ağayev “kobud oyuna” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

“Səbail”in futbolçusu Peyman Keşavarzi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” - “Keşlə” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” - “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31