21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

“Sumqayıt”: 8 illik həsrət bitdi

“Sumqayıt” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Ayxan Abbasovun yetirmələri Premyer Liqanın XV turunda “Səbail”in qapısından üç cavabsız top keçirib.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.

“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31