22 Yanvar 2026, Cümə axşamı
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları
"Araz-Naxçıvan"da yeni məşqçi
Millimizin üzvü "Səbail"lə anlaşdı

Ölkə futbolu

Tallison: “Bu, bizim üçün daha faydalı olacaq”

"Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.

Braziliyalı müdafiəçi bildirib ki, hazırkı məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: "Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq".

"Keşlə" ilə yoxlama matçında (4:3) dubl edən Tallison komandaya kömək etdiyi üçün şad olduğunu bildirib: "Sevindirici haldır ki, son oyunda 2 qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orada etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31