8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Ölkə futbolu

Abbasov: "Komandamla fəxr edirəm"

“Bizi çətin oyun gözlədiyinin fərqində idik. Komanda ağır xəstəlikdən qurtulub. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edəcəkdim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Zirə" ilə heç-heçə etdikləri oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, bütün komandanın meydanda xarakter nümayiş etdirdiyini bildirib: "Oyundan bir gün öncə futbolçularımın çətin olsa da, oynamaq istədiklərini bildirməsi məni çox sevindirdi. Bütün komandamla fəxr edirəm. “Zirə”nin də gücünə bələd idik. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Ona da uğurlar arzu edirəm. İnşallah “Sabah”la oyundan sonra da qış fasiləsi üçün toparlanacağıq".      

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31