19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

Klublarımızdan Pyer Veboya dəstək

"Neftçi", "Qəbələ", "Sumqayıt", "Qarabağ" və "Zirə" klubları Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda PSJ ilə səfər oyununda irqçiliyə məruz qalmış "Başakşəhər"in məşqçisi Pyer Veboya dəstək olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı Feysbuk səhifəsində paylaşım edib. Klub Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb və onun üzərinə "Gülüşünüzdən başqa rəng yoxdur" (No more colour than your smile) sözləri yazılıb.

Digər 4 klub isə Feysbuk hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.

Qeyd edək ki, PSJ - "Başakşəhər" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31