4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

Mahir Emreli koronavirusa yoluxdu

"Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Futbolxeber.az saytının məlumatına görə, , hücumçu Mahir Emrelinin son testi pozitiv çıxıb.

Bu səbəbdən millimizin də üzvü olan forvard Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Makkabi" (Təl-Əviv) ilə keçiriləcək oyun üçün İstanbula aparılmayıb.

Qeyd edək ki, daha öncə virusa yoluxan "Qarabağ"ın kapitanı Maksim Medvedev və digər müdafiəçi Rahil Məmmədov artıq sağalıb. Millinin düşərgəsində olarkən virus aşkarlanan və Xorvatiyada karantinə alınan bu futbolçulardan Rahilin bu gün komandaya qoşulacağı gözlənilir.

Xatırladaq ki, komandanın baş məşqçisi Qurban Qurbanov da virusa yoluxduğu üçün səfərə yollanmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30