6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

“Azərbaycan millisi xarakterli, fiziki cəhətdən güclü komandadır”

"Millidə olduğum müddətdə bütün matçların, hətta yoldaşlıq oyunlarının da nəticələri vacib olacaq. Sabah az oyun təcrübəsi olanlara şans verəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin fiziki cəhətdən güclü komanda olduğunu bildirib: "Qarşılaşmanın Millətlər Liqasındakı Kosovo və Yunanıstana qarşı matça yaxşı hazırlıq olacağını düşünürəm. Bu hazırlıq matçı olacaq, yoldaşlıq görüşü yox. Azərbaycan xarakterli, fiziki cəhətdən güclü, öz oyun tərzinə sahib bir komandadır".

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30