16 Oktyabr 2025, Cümə axşamı
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları

Ölkə futbolu

"Futboldur, 0:10 da olur, 0:8 də"

"Oyun haqda danışılası bir şey yoxdur. İlk qol oyunun qırılma nöqtəsi oldu. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda deyiləsi nəsə yoxdur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 1:6 hesablı məğlubiyyəti belə şərh edib: "Futboldur, 0:10 da olur, 0:8 də. İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi. Düzdür, qapıçını da qınamaq düzgün deyil. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər komandada belə məğlubiyyətlər olur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31