5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Səbail"in qapıçısı millinin düşərgəsinə yollanmaqdan imtina etdi

"Səbail"in qapıçısı Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı qvatemalalı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir. Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31