30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

Essyendən Azərbaycana dəstək

“Çelsi”, “Real”, “Milan” kimi klubların formasını geymiş qanalı ulduz, “Səbail”in keçmiş üzvü Maykl Essyen növbəti dəfə Azərbaycana dəstəyini nümayiş etdirib.

Futbolxeber.az saytının məlumatına görə, tanınmış futbolçu İnstaqramdakı səhifəsinin “Story” bölməsində Azərbaycan bayrağını paylaşıb. Paylaşımda həmçinin, KARABAKHİSAZERBAİJAN həştəqi yer alıb.

Xatırladaq ki, “Səbail”in sabiq üzvü daha əvvəl, iyulda Azərbaycan-Ermənistan sərhəddində Tovuz istiqamətində düşmən hücumunun qarşısını alarkən 11 şəhid verən Azərbaycan Ordusuna da dəstəyini nümayiş etdirmişdi.

Qeyd edək ki, Essyenin İnstaqramda 1,4 milyon izləyicisi var.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31