6 Iyun 2025, Cümə
Özbəkistan millisi DÇ-2026-da
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi

Ölkə futbolu

UEFA "Qarabağ"ın oyununu almanlara tapşırdı

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın hakimləri açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Tobias Ştilerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək.

Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək. Ştiler daha əvvəl də Ağdam təmsilçisinin avrokubokdakı matçını idarə edib.

39 yaşlı baş hakim 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində komandanın İtaliyada "Roma"ya 0:1 hesabı ilə uduzduğu görüşdə iş başında olub.

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30