20 Aprel 2026, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi
“Neftçi” U-15 Liqasının çempionudur

Ölkə futbolu

Əliyar Ağayev “Slovan”ın qələbəsinə şahidlik etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, o, “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya) matçının baş hakim olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağayev oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan iki, “Slovan”dan üç futbolçuya da sarı vərəqə göstərib.

Qeyd edək ki, Ə.Ağayevə bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30