Ölkə futbolu
Hamını razı salan iclas - YAZI
Dünən AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında fövqəladə iclası keçirildi. Bu, komitənin ölkə futbolunun gələcəyi baxımından ardıcıl ikinci mühüm toplantısı idi. Öncəki iclasda milli komandamızın baş məşqçi məsələsinə aydınlıq gəlirdisə, bu dəfə müzakirə mövzusu “Qəbələ” və “Zirə”nin maddi yardımla bağlı müraciəti idi.
Hamımız bilirik ki, AFFA-nın hər hansı kluba maliyyə yardımı etmək kimi bir öhdəliyi yoxdur. Dünyanın heç bir ölkəsində yerli federasiya/assosiasiya hansısa klubu və ya klubları maliyyələşdirmir. Təəssüf ki, Azərbaycanda çox mənfi tendensiya formalaşıb. Məsələn, ölkənin ikinci ən böyük şəhəri Gəncənin sevimli “Kəpəz”i maliyyə çatışmazlığına görə Premyer Liqaya buraxılmırsa, buna görə əksəriyyət AFFA-nı qınayır. “Nəyə görə AFFA “Kəpəz”ə pul ayırmadı” kimi suallar verilir. Halbuki verilməli sual odur ki, “nəyə görə ölkənin ikinci ən böyük şəhərində komandaya baxan tapılmır” olmalıdır. Axı müstəqillik qazandığımız ilk illərdə, ölkəmiz, iqtisadiyatımız indiki kimi inkişaf etmədiyi zamanlarda belə “Kəpəz” sponsorsuzluqdan əziyyət çəkmirdi...
Dünənki toplantının yekununda məlum oldu ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, qarşıdakı 2020/21 mövsümü üçün “Qəbələ”yə 1,5 milyon, “Zirə”yə isə yarım milyon manat vəsait ayrılıb. Təbii ki, AFFA-nın bu qərarı alqışalayiqdir. Xüsusən də “Qəbələ” adına. Daim iddialı olan, ardıcıl iki dəfə 4 mərhələ keçməklə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan kollektivin son bir ildə yaşadıqları heç də xoş deyil. Tale Heydərovun prezident postundan gedişindən sonra komandaya ayrılan maliyyədə ciddi azalma oldu ki, bu da klubun fəaliyyətinə təsirini göstərir. Əslində, hələ qışda AFFA-nın “Qəbələ”yə maliyyə yardmı ayıracağı gözlənilirdi. Lakin sonradan “Jalə” və “Milla” kimi yerli brendlərlə əməkdaşlıq müqaviləsi imzalayan komanda AFFA ilə danışıqları dondurdu. Ancaq son vaxtlar elə vəziyyət yaranmışdı ki, “Qəbələ”nin gələcəyi sual altındaydı. Ölkədəki ən yaxşı infrastruktura, ən yaxşı akademiyaya malik yeganə bölgə klubunun dağılması Azərbaycan futboluna zərbə olardı. Ölkə futbolunu idarə edənlər də məhz bu məqamları nəzərə almaqla “Qəbələ”nin gələcəyi baxımından çox vacib olan qərar qəbul etdilər.
Təbii ki, AFFA İcraiyyə Komitəsində təmsil olunanlar da mövcud durumu gözəl anlayırlar. Koronavirus pandemiyası səbəbindən artıq aylardı ölkələdəki bir çox sahələr fəaliyyətini müvəqqəti dayandırıb. Ölkə rəhbərliyinin atdığı addımlar zərər dəyən sahələrə müəyyən qədər dayaq olsa da, məlum məsələdir ki, ziyanı tam sığortalamaq qeyri-mümkündü.
Elə buna görə də İcraiyyə Komitəsi mövcud vəziyəti nəzərə almaqla, nəinki “Qəbələ” və “Zirə”yə, hətta maliyyə yardımı üçün assosiasiyaya müraciət etməyən “Sumqayıt”la “Səbail”ə də yardıməlini uzatdı. “Sumqayıt”a ayrılan 300 min manat klubun təxminən ayyarımlıq büdcəsini təşkil edir ki, indiki məqamda komandanın bu dəstəyə çox böyük ethiyacı var idi. Tarixində ilk dəfə ölkəmizi Avroliqada təmsil edəcək “Sumqayıt” ayrılan maliyyə vəsaiti ilə məsul yarış öncəsi ən azı 3 normal futbolçu ilə heyətini gücləndirə bilər.
Bir sözlə, dünən AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar hamını razı saldı. Hər kəs başa düşür ki, daha əvvəl də qeyd etdiyimiz kimi, AFFA-nın hansısa klubu maliyyələşdirmək kimi öhdəliyi olmasa da, bu yardımlar ölkə futbolu naminə ayrıldı. Bəlkə “Zirə” həmin yarım milyonsuz, “Sumqayıt” həmin 300 minsiz, “Səbail” həmin 200 minsiz keçinə bilərdi, amma bir tərəfdən “Qəbələ” üçün milyon yarım həyati əhəmiyyət kəsb edir. Digər tərəfdən də ayrılan maliyyə yardımları klubların gələcəklərini - ən azı bir mövsümlük olsa belə - təmin etməkə yanaşı, həm də növbəti ölkə çempionatının daha maraqlı, daha gərgin keçməsinə şərait yaradacaq.
Qəbul olunan qərarlardan razı qalan təkcə klublar deyil, həm də azarkeşlərdi. Bunun nəticəsi idi ki, bəlkə ilk dəfəydi İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlara 1 nəfər belə etiraz etmədi... Necə deyərlər, hər şey Azərbaycan futbolu naminə.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
19.10.2026
18.10.2026
























