2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

Klublarımızın avrokubokda mübarizəyə başlayacaqları tarix açıqlandı

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020-2021 mövsümünün başlama tarixi məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, Avropa Liqasında təsnifat mərhələsi 18-19 avqustda start götürəcək.

Çempionlar Liqasında isə yeni mövsüm 25-26 avqustda başlayacaq.

Təsnifat mərhələlərinin bütün görüşləri bir oyundan ibarət olacaq. Ev sahibi komandalar cütlərin tərkibi müəyyənləşdikdən sonra püşk yolu ilə müəyyənləşəcəklər. Təsnifat mərhələsində cavab matçları olmayacaq.

Hər iki turnirlə bağlı qərar bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclasında rəsmiləşəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasında, 2-ci və 3-cü yerlərin sahibləri, həmçinin ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31