30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

Anton Krivotsyuk: "Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram"

“Neftçi” ilə müqaviləsini 1 illiyinə uzadan Anton Krivotsyukla klubun rəsmi saytına müsahibəsində təəssüratlarını bölüşüb. Futbolxeber.az saytı gənc müdafiəçinin müsahibəsini təqdim edir:

- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?

- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?

- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.

- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?

- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?

- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

- Futbol üçün çox darıxmısız?

- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31