20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

Müvafiq instansiyalar razılıq verdi: Azərbaycan klubları mayın 15-dən məşqlərə başlayır

Uzun müddətdir AFFA rəhbərliyi ilə müvafiq ijnstansiyalar arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, rəsmi olmasa da, qeyri-rəsmi olaraq Azərbaycan klublarına məşqlərə başlamaq razılığı verilib. Artıq mayın 15-dən Premyer Liqa klubları hazırlığı bərpa edəcək. Çempionatın nə vaxt start götürəcəyi isə hələlik bəlli deyil.

Bu xəbərin doğruluğunu təsdiq edən bir məqam da var. Belə ki, AFFA-nın rəsmi saytı az əvvəl hakimlərin koronavirus testindən keçəcəyi haqda məlumat yayıb. Bu məqam da çempionatın tezliklə start götürəcəyinə işarədi.

Qeyd edə ki, ilk olaraq azerifootball.com saytı klubların məşqlərə mayın 15-də başlayacağını, çempionatın isə iyunun 5-də start götürəcəyini yazıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31