Ölkə futbolu
Bir əməliyyatın izi ilə...
Son günlər futbol ictimaiyyəti arasında əsas müzakirə olunan məsələlərdən biri də veteran futbolçu Səmədağa Şıxlarovun əməliyyatıdır. Daha doğrusu, əməliyyat ətrafında yaranan iyrənc pul söhbəti. Bəli, məhz iyrənc. Çünki 6-cı dəfə əməliyyat olunan bir insanın səhhəti qalıb bir kənarda, əməliyyatın xərci olub əsas mövzu. Razıyıq, özəl klinikalarda qiymətlər yüksəkdir və hər kəs bu xərci təkbaşına qarşılamaq iqtidarında deyil. Amma pul məsələsi bu qədər geniş müzakirəyə çıxarılmamalı idi.
Məsələdən agah olmayanlar üçün qısa xatırlatma edək ki, fevralın 24-də Səmədağa Şıxlarov özəl klinikaların birində əməliyyat keçirdi. Əməliyyatdan dərhal sonra Səmədağa Şıxlarovun bəzi dostları sosial şəbəkələr, mətbuat vasitəsi ilə AFFA-nı veteran futbolçunun əməliyyat xərclərini öhdəsinə götürüb, sonradan lazımi məbləği ödəməməkdə ittiham etdilər. AFFA-nın İnformasiya və İctimaiyyətlər Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla dərhal məsələyə operativ reaksiya verərək, AFFA-nın əməliyyatın tarixindən bixəbər olduğunu və ödənişin artıq klinikanın hesabına köçürüldüyünü bildirdi. Əslində, bununla da məsələyə nöqtə qoyulmalı idi. Hər halda, əməliyyatdan az sonra olsa belə, AFFA lazımi məbləği ödəyibsə, problem nədədir? Üstəlik, veteran futbolçunun sağlamlığının müzakirə mövzusu olduğu bir məqamda, pul söhbətini uzatmağa nə ehtiyac var? Bu, məsələnin bir tərəfi.
İkinci tərəfi isə odur ki, məsələnin görünməyən tərəfləri ilə maraqlandıq. Məlum oldu ki, həqiqətən də Səmədağa Şıxlarov ilk dəfə AFFA-ya hələ bir neçə ay əvvəl müraciət edib. Assosiasiyanın milli komandalar üzrə baş həkimi Vyaçeslav Xomenko ilə görüşüb, səhhəti ilə bağlı sənədləri təqdim edib. Xomenko Ukrayna və digər xarici ölkələrdə olarkən həmin sənədləri bir neçə həkimə göstərsə də, heç kim əməliyyatı üzərinə götürməyib. Bildirilib ki, S.Şıxlarov daha əvvəl 5 dəfə əməliyyat keçirdiyi üçün bu, çətin əməliyyatdır. Çünki həkim əməliyyata girərkən nə ilə rastlaşacağını bilmir. Fevralın əvvəlində pulla bağlı AFFA-ya müraciət edən veteran futbolçu həkim tapdığını bildirib. Lakin müraciət məktubunda əməliyyatın konkret vaxtı göstərilməyib. Əməliyyatdan dərhal sonra məsələdən agah olan AFFA da ertəsi günü lazımi məbləği klinikanın hesabına köçürüb. Yəni hər şey bu qədər sadədir.
Gəlin etiraf edək ki, sıravi insan belə nə vaxtsa bu cür çətinliklə üzləşsə, maddi baxımdan əməliyyatını qarşılamağa imkanının olmamasının, əməliyyat xərcinin başqası tərəfindən ödənilməsinin geniş müzakirə mövzusu olmasını istəməz. Hər kəsin qüruru var və əl çirki adlandırdığımız pulla görə yaşadığımız sıxıntının geniş müstəvidə müzakirəyə çıxarılmasını kimsə arzulamaz.
Daha əvvəl də dediyimiz kimi, AFFA-nın məlum açıqlamasından sonra bu mövzu bağlanmalı idi. Gəl ki, Səmədağa Şıxlarovun bəzi dostları, daha dəqiq desək, son zamanlar AFFA rəhbərliyinə qarşı müxalif mövqedə dayanan veteran futbolçu Nazim Süleymanov srağagün ölkə mətbuatına verdiyi açıqlamada AFFA-nı, İnformasiya və İctimaiyyətlər Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı yalançılıqda ittiham etdi və bildirdi ki, əgər assosiasiya əməliyyat üçün tələb olunan 6 min manat ödəyibsə, qəbzi AFFA-nın saytına yerləşdirsin. Bu qədər absurd fikir olar? AFFA etdiyi xeyriyyəçiliyi gözə soxmaq üçün şou verilişlərə çıxan manıslardandır ki, ödənişin qəbzini saytına yerləşdirsin? Hər şey bir qırağa, Nazim bəy “Sağ əlin verdiyini sol əl bilməməlidir” deyimini də eşitməyib?
Dünən nəhayət, bu məsələyə nöqtə qoyuldu. İyrənc müzakirənin yekunlaşması üçün AFFA-nın əməliyyat üçün tələb olunan 6 min manatı klinikaya hələ fevralın 25-də ödədiyi məlum oldu.
Az sonra Səmədağa Şıxlarovun da müsahibəsi çıxdı. Veteran futbolçunun “futbolpress”ə müsahibəsində bir fikir xüsusi diqqəti çəkir: “Mən çox istəyərdim ki, bu məsələ AFFA ilə mənim aramda sakitcə həll olunsun. Heç istəmirəm ictimailəşsin”.
Göründüyü kimi, Səmədağa Şıxlarov loru dildə desək, abrına qısılır. Və açıq şəkildə bəyan edir ki, bu məsələnin ictimailəşməsinin əleyhinədir. Əvvəl də qeyd etdiyimiz kimi, heç kim pula görə sıxıntı yaşamasını və bunun geniş kütlə arasında müzakirə edilməsini istəməz.
Təəssüf ki, dildə özünü Səmədağa Şıxlarovun dostu kimi təqdim edənlər əslində, şəxsi məqsədləri üçün veteran futbolçunun yaşadığı sıxıntılardan istifadə etməyə çalışdılar. Bu məqamı AFFA-nı tənqid etmək üçün növbəti fürsət bildilər. Amma Şıxlarovun, onun yaxınlarının bu məsələnin geniş müzakirə edilməsinin əleyhinə olduqlarını düşünmədilər. AFFA-ya, Rövnəq Abdulayevə, Elxan Məmmədova, Firuz Abdullaya qarşı müxalif mövqe tutmaq, onları tənqid etmək olar. Amma unutmamalı olduğumuz bəzi məqamlar var: heç kim keçmişi, keçmişdə yaşadıqlarını yaddan çıxartmamalıdır. Konkret bir şəxsə qarşı mübarizə aparırıqsa, hədəfimiz yalnız o olmalıdır. Başqalarının zəifliyindən, çətinliyindən şəxsi mənafə üçün istifadə etməyimiz heç bir çərçivəyə sığmır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
19.10.2026
18.10.2026
























