3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Premyer Liqamızda mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 17-ci turda qapılara 17 qol vurulub. “Zirə” - “Qarabağ” (0:6) görüşündə altı, “Neftçi” - “Keşlə” və “Səbail” - “Qəbələ” (hər ikisi 3:1) matçlarında dörd, “Sumqayıt” - “Sabah” (1:2) oyununda üç top vurulub.

Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı 12-ci tura təsadüf edib.

Qeyd edək ki, ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün 11-ci turunda da indiki kimi 17 qol vurulub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30