18 Yanvar 2026, Bazar günü
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

Slavçev “Qarabağ”dan gileyləndi: “Mənə etimad göstərilmədi”

"Qarabağ"dakı birinci mövsümümdə hər şey yaxşı idi. Mən daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Baş məşqçi mənə etimad göstərməməyə başladı. Yüz faiz məşq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim. Amma indi “Levski”nin heyətində toparlanacağam. Yaxşı vəziyyətdə olmaq üçün bacardığım hər şeyi edəyəcəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri hazırda "Levski"də çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında deyib.

O, oynadığı ölkələrdə legionerlərin arxa planda qaldığını söyləyib: "Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir.Onlar ilk növbədə öz oyunçularına dəyər verir, sonra əcnəbilərə. Oynadığım komandalar ilk növbədə yerlilərə şans verirdilər. Legionerlər arxa planda qalırdı. Həmçinin azarkeşlər də öz futbolçularını daha çox sevirlər”.

Qeyd edək ki, 2018-2019-cu illərdə "Qarabağ"da oynayan Slavçev dekabrda Ağdam klubundan ayrılaraq "Levski"yə keçib.       

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31