6 Mart 2026, Cümə
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"

Ölkə futbolu

“Sabah”da ilk, Xorvatiyadan 2-ci

Azərbaycan Premyer Liqasının 13-cü turu Zelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata yaydığı xəbərə görə, xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb. Bakı klubu 0:1 hesabı ilə uduzub.

Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdur - 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdir.

Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidir. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırıb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31