23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” mənim üçün darıxır”

 “Son dəfə müsahibə verəndə də demişdim ki, biz çox çalışmalıyıq. Yüz faiz formada olmağın yeganə yolu budur. Bu gün qələbə qazandıq. Oyunumuzdan narazı qala bilmərəm. Əgər matç heç-heçə bitsəydi, biz heç xoşbəxt olmazdıq. Qələbə üçün meydana çıxmışdıq və 3 xalı qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Donald Gerye Premyer Liqanın 7-ci turunda bu gn evdə "Səbail”i məğlub etdikləri oyundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Haitili müdafiəçi layiqli nəticə qazandıqlarını söyləyib: “Deməzdim ki, biz meydanda nədənsə qorxurduq. Sadəcə, biz də insanıq, 90 dəqiqə ərzində yorula bilərik. Ancaq sona qədər vuruşub, layiqli nəticə qazandıq”.

D.Gerye "Sabiq komandanız “Qarabağ” üçün darıxırsınızmı” sualına belə cavab verib: “Məncə, “Qarabağ” mənim üçün darıxır. Mən “Qarabağ”da çıxış etmişəm və indi də onun avrokuboklardakı oyunlarını izləyirəm”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31