18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov: “Heç bir halda arxayınlaşmaq olmaz"

"APOEL üzərində qələbə “Qarabağ”, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm. Amma heç bir halda arxayınlaşmaq olmaz".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın Kiprdə APOEL-ə qalib gəldiyi (2:1) oyunu stadiondan canlı izləyən baş katib Ağdam klubunun cavab matçında da yaxşı nəticə qazanaraq növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib. O, "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında deyib:

"Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır. Təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edir və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31