21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Ölkə futbolu

Rəhman Hacıyev: “Sabahkı görüşü səbirsizliklə gözləyirik”

“Bizi sabah çox ağır oyun gözləyir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Tula "Arsenal"ı ilə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Sabahkı matçla bağlı danışan yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib:

"Oyuna çox ciddi hazırlaşmışıq. Baş məşqçi tapşırıqlarını verib. İnşallah, buna əməl edib, qələbə qazanarıq. Komandada hər şey çox yaxşıdır. Hamımız sabahkı görüşü səbirsizliklə gözləyirik".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Arsenal" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Komandalar arasında Tulada keçirilən ilk matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31