24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Neftçi” yay hazırlıqlarını tamamladı

“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu məşqinə çıxıb.

Futbolxeber.az-ın klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, hazırlıq prosesi komandanın məskunlaşdığı “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub.

Sabah isə “ağ-qaralar” Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama görüşünü keçirəcək.

Xatırladaq ki, ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn “Neftçi”nin Rumıniyanın “Politexnika İaşi” klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. “Ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31