Ölkə futbolu
Medvedev: “İstəməzdik ki, belə olsun”
Millimizin futbolçusu Maksim Medvedev Avro 2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstana 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüş haqda danışıb.
- Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Əvvəlcədən də bilirdik ki, rəqib belə oynayır. Əsas qüvvələri odur ki, fiziki cəhətdən çox güclüdürlər, həm də hündürboylu oyunçları var. Nə qədər hazırlaşsan da, belə komandalarla problem yaşayırsan. Rəqibin hər bir standart vəziyyəti bizim üçün təhlükəli olur. Çünki bizim komandamızın heyətində elə də çox hündürboylu futbolçu yoxdur. Çalışırdıq ki, öz oyunumuzu oynayaq. Bəzi şeylər alınırdı, bəzi şeylər isə yox. Bu gün 1:3 hesabı ilə məğlub olduq. Çox üzülürük. Mayın 19-dan məşq edirik, hazırlaşırıq. İstəməzdik ki, uduzaq. Sabah baş məşqçi ilə görüşü qısa təhlil edəcəyik. Çünki 2 gün sonra növbəti matçımız var. İnanıram ki, biz həmin oyunda daha yaxşı çıxş edəcəyik.
- Bugünkü oyun yaxşı mənada gələcək üçün nə vəd edir?
- Hər bir oyun bizim üçün imtahan kimi olur və hər oyundan sonra çalışmalıyıq ki, öz səhvlərimizi analiz edək. Bəzi səhvləri etməməliydik. Çünki komandada çox təcrübəli oyunçular var. Amma komanda istər-istəməz uduzanda çılğın və əsəbi oyun nümayiş etdirir. Məşqçinin tapşırıqları yaddan çıxır. Ona görə də, oyun sınır, yenidən bərpa olmaq çox çətin olur.
- Azarkeşlərə demək istədiyiniz bir söz var?
- Stadiona gəldikləri üçün təşəkkür edirik. Hətta, gələ bilməyənlər də, televizor arxasından dəstək olanlar da sağ olsunlar. Düzdür, istəməzdik ki, belə olsun. Futboldan başı çıxan azarkeşlər görür ki, nə qədər yaxşı oynamağa çalışsan da, komandaların arasındakı səviyyə fərqi öz sözünü deyir. Bizim əksər futbolçularımız yerli çempionatda çıxış edir. Amma macarlar daha yüksək liqalarda oynayırlar. Bu gün doğrudan da, çox azarkeş gəlib, bizi dəstəkləyirdi. Hiss edirdik ki, onlar uduzanda da yanımızdadırlar.
- Komanda Xorvatiya millisinə qarşı daha yaxşı oynamışdı. Bu gün milli daha inamsız görünürdü. O rəqiblə bu rəqibin arasında nə fərq var?
- Xorvatiya millisi ilə səfərdə müdafiə futbolu ilə oynayırdıq. Çünki bilirdik ki, onlarla açıq futbol oynamaq mümkün deyil. Təcrübə məsələləri var. Amma bu gün biz çalışırdıq ki, başabaş mübarizə aparaq. Bir az açıq oyun oldu. Standart vəziyyətlərdə səhvlər etdik. Bəzi dəyişikliklər etməliyik. Çünki belə qollar buraxanda özümüz də özümüzdən inciyirik.
- Ümumiyyətlə, bu məğlubiyyət seçmə mərhələdə komandanın qarşısına qoyduğu hədəflərə çatmağı baxımından nə dərəcədə rol oynayacaq? Artıq şanslar bir az da azaldı.
- Sizinlə tam razıyam, şanslar azalır. Biz həmin qrupun autsayder komandası sayılırıq. Desək ki, əsas məqsədimiz qrupdan çıxmaqdır, bu, bir az ucadan danışmaq kimi olar. Reallıqdan danışmalıyıq. Çalışmalıyıq ki, Macarıstan millisi kimi komandalardan xal alaq. Çünki biz hələ o gücdə deyilik ki, qrupda birinci yer üçün mübarizə aparaq.
- Bəs, biz nə vaxta kimi belə komandalara ancaq problem yaradacağıq, yüksək hədəflər qoymayacağıq?
- O vaxt ki, bizim gənclərimiz xaricdə futbol oynayacaqlar. Bu gün biz ümüd edirik ki, bir Mahirimiz var. O da Azərbaycanda qalırsa, gələcəyi çox parlaq olmayacaq. Biz çalışmalıyıq ki, 19 yaşlılardan ibarət millimizin heyətində olan oyunçuların hamısı gedib xarici ölkələrin çempionatlarında, yüksək səviyyəli oyunçuların arasında çıxış etsinlər, daha tez təcrübə toplasınlar. Görürük ki, çempionatımızda 8 komanda var. “Qarabağ”, “Qəbələ”, “Neftçi”nin futbolçularının yarısı legionerlərdir. Bəs, bizim gənclərimiz nə vaxt oynayacaqlar? Heç vaxt. Onlar yalnız milli komandada çıxış edirlər. Xaricə gedirlər, məğlub olub, gəlirlər. Hamı düşür üstlərinə ki, bu vəziyyətdədir, o vəziyyətdədir. Normal düşünsək, harda oynayırlar ki? Yəni, o gənclər gedib, xaricdə oynayıb, gələcəkdə bəlkə, komandaya yeni qan gətirərlər. Niyə Gürcüstan və s. sərhədimizdə olan ölkələrin milli komandası bizdən yaxşı vəziyyətdədir? Çünki onlar əvvəlcədən bu siyasətlə məşğuldurlar. Gənc futbolçularını ölkə xaricinə göndərirlər. Çempionatımızda 15-16 komanda olsaydı, azından bir komanda bu gənclər üçün yaratsaydılar, oynayardılar.
- Qarşıda Slovakiyə millisi ilə matç var. həmin görüşdən nə gözləyək?
- Bu gün həmin qarşılaşma haqda fikirləşmək istəmirəm. Çünki çox yorğunam. Çalışacağıq ki, sabahdan macarları yaddan çıxaraq, Slovakiyə millisi ilə oyuna hazrıqlaşaq. İstəyirəm, hamı istəyir ki, yaxşı futbol oynayaq. Nə dərəcədə alınacaq, onu biz deyə bilmərik. Çünki görürsən ki, bir gün bu oyunçu yaxşı oynayır, o biri gün başqa oyunçu. Amma bizim elə komandamız yoxdur ki, bizi yarım sözlə başa düşsün. Son 10 oyuna nəzər salsaq, heç 2 matç ard-arda eyni heyət meydana çıxmamışdı. Hər dəfə yeni oyunçu, yeni taktika. Klub olsaydı, komanda olaraq daha tez alışardıq. Amma milli komanda elədir ki, gəlib, məşq edirik, oyuna çıxırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
18.10.2026
17.10.2026
























