20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

Əliyar Ağayevə tarixi təyinat

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb.

Futbolxeber.az saytının Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, FİFA referisi Superliqanın 24-cü turunda keçiriləcək PAOK - "Atromitos" matçını idarə edəcək. Ona Akif Əmirəli və Rza Məmmədov kömək edəcək. Martın 10-da Salonikidəki "Tumba" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

PAOK hazırda Superliqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşdığından bu matç turun mərkəzi görüşü hesab olunur.

Qeyd edək ki, Superliqaya əcnəbi hakimin təyinat almasını "Atromitos" istəyib. Yerli hakimlərin idarəçiliyindən narazı olan klub oyunlarını xarici referinin idarə etməsini tələb edib. Yerli futbol federasiyası isə bu tələbi yerinə yetirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31