7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

"Qəbələ"də baş məşqçi dəyişikliyi

“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.
 
Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Sonuncu müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31