9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

"Qara Qarayev deyirdi ki, məni o siyahıdan çıxarın"

Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçular Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) test qrupunda yer almaqdan narazıdırlar".
 
Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
 
O bildirib ki, qrupda yer almağa etiraz edən futbolçulardan biri də Azərbaycan millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayevdir: "Hər dəfə deyirdi ki, məni həmin siyahıdan çıxarın.
 
Lakin onunla söhbətim oldu, danışdıq. Hər şeyi başa düşdü. Futbolçular anlamalıdır ki, məkan məlumatlarını vaxtında verən idmançılar müəyyən zamandan sonra siyahıdan çıxarılır. Qarayev bizimlə söhbətdən sonra təşəkkür etdi. O, bundan sonra AMADA-nı dəstəkləməyə və qurumun təşkil etdiyi tədbirlərdə iştirak etməyə hazırdır".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30