21 Iyul 2026, Çərşənbə axşamı
Yamaykalı vinger rəsmən "Zirə"də
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi

Ölkə futbolu

"Qəbələ" və "Qarabağ"dan qələbə

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki ilk oyunu keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə yarışın ötən mövsümdəki finalçısı “Qəbələ” Premyer Liqanın debütantı "Sabah”ı qəbul edib. Matç əyalət təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Günün digər oyununda son ölkə çempionu “Qarabağ” Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə" ilə üz-üzə gəlib. Bu görüşün də taleyini 1 qol həll edib.
 
Xatırladaq ki, bu mərhələnin digər cütlərində "Zirə" doğma meydanda "Səbail"ə 1:0 hesabıyla qalib gəlibsə, "Neftçi" doğma meydanda "Sumqayıt"a 0:2 uduzub.
 
Ölkə Kuboku
 
1/4 final mərhələsi, ilk oyunlar
 
16 dekabr (bazar)
 
"Qəbələ" - "Sabah" 1:0
Qol: Filip İvanoviç, 45 (avtoqol)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu.
 
"Qarabağ" - "Keşlə" - 1:0
Qol: Rahil Məmmədov, 65
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31