19 Yanvar 2026, Bazar ertəsi
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

"Qəbələ" hazırlığını davam etdirir

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, iyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də vətənə dönən “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda gerçəkləşdirib. İyulun 8-də baş tutan məşqlə komanda paytaxtdakı hazırlığı başa vurub. Futbolçular günün ilk yarısında hazırlıq keçib.
 
“Qırmızı-qaralar” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.
 
Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31