1 Sentyabr 2026, Çərşənbə axşamı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Ölkə futbolu

"Qəbələ" "Beşiktaş"ı məğlub etdi

Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub. 
 
Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət təmsilçisinin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib. 9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” öncə Çexiya “Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4.
 
Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə komandamız penaltilərlə qalib gəlib – 6:5. Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub.
 
Turnirin qalibi adına isə finalda Almaniya “Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya “Barselona”sı yiyələnib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30