1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Final oyununun ilk bileti AFFA prezidentinə təqdim olundu

Fransanın Lion şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) - “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30