Ölkə futbolu
Rəşad Sadıqov: “Uduzmaq istəməzdik”
"Maraqlı görüş alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı. Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlubiyyət üzücüdür. Uduzmaq istəməzdik. Məncə, buna layiq deyildik".
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov evdə Gürcüstan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komanda qol buraxdıqdan dərhal sonra qapısında daha bir qol gördü...
- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir.
- Ən çox nədən narazı qaldınız?
- Komanda yenidir. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budur ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.
- Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?
- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. İlk oyundur, səhvlərin olması normaldır. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi.
- Ozancan Kökcüyə niyə ikinci hissədə şans verdiniz?
- Ozancanı tanıyıram. Buna görə start heyətində Kamran Əliyevə şans verdim.
- Bundan sonra planınız necədir: bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaqlar?
- Mayın 27-dək birgə olacağıq. Bundan sonra qərar verəcəyik ki, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar.
- Rusiyaya səfərinizin səbəbi nə idi?
- Orada 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə və Ukraynaya da gedəcək, oradakı futbolçularımızla da maraqlanacağam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacağam.
- Bu gün kimin oyunundan daha çox razı qaldınız?
- Ümumi götürsək, hamının oyunundan razı qaldım.
- Premyer Liqanın son turunda "Qəbələ” ilə matçda oynayacaqsınız?
- Bəli, həmin oyuna optimal heyətdə çıxacağıq.
- Riçard Almeydann komandadan ayrılması gündəmdədir. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiniz?
- Ona çox ciddi təkliflər var. Bir-iki komandadan deyil. O özü belə, qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi canla-başla mübarizə apardı. Yeni təklif var deyə, özünü zədədən qorumadı. Riçard mənim üçün dostdur. Onun oyununa baxanda həmişə həyəcanlanacağam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun.
- "Qarabağ”da gedənlər çoxdur. Komandanı yenidən qurmaq çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindir. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiniz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdır. Bizi rezerv kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər.
Mənbə: sportnet.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























