Ölkə futbolu
Tərlan Əhmədov: "Qələbə gözləyirdim"
“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XVII turunda öz meydanında “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini açıqlayıb. Futbolxeber.az xəbər saytının məlumatına görə, mütəxəssis əvvəlcə oyun haqda danışıb.
- Bu gün hücum futbolu oynadıq və qolu əks hücumlardan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə etdik. Deyərdim ki, bu gün 2 xal itirdik.
- Nəticə ürəyinizcə oldu?
- Yox. Açığı, qələbə gözləyirdim. Amma bununla da razılaşmalıyıq.
- “Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun səbəbi nədi?
- Hər-halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular istədiyim oyunu oynadılar. Qələbə olsaydı, daha yaxşı olard. Bir xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik.
- Yeni transferlər özlərini doğrutmurlar. Onları yayda göndərmək barədə düşünmürsünüz?
- Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər tərəfindən seçilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.
- “Zirə”nin əsas oyunçuları oynamırdı, amma yenə qalib gələ bilmədiniz. Üstəlik rəqib də azlıqda qaldı...
- Bəli, hər iki komandanın heyətində itkilər var idi. Ömər Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə ümid var.
- Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Huqo Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer etmisiniz?
- “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var.
- Növbəti oyununuzu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları hazırlamaq çətin olmayacaq?
- Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə görə hazırlıq planı var. Bütün oyunlara hazırlaşdığımız kimi, “Qəbələ” ilə matça hazırlaşacağıq. Hələ kubok uğrunda oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz maraqlı olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
19.10.2026
18.10.2026
























