19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

“Zirə”nin məşqçisi: "Komandada psixoloji gərginlik var idi"

“Zirə”nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının XVII turund səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, gənc mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:
 
- Bilirdik ki, “Neftçi” səfəri çətin olacaq. “Bəzi oyunçularımız zədə, bəziləri isə cəza səbəbindən oynamırdı. Ümumilikdə, Qəbələdəki hadisələrindən sonra komandada psixoloji gərginlik var idi. Həftə ərzində işlədik, çalışdıq ki, yaxşı oyun sərgiləyək. Düşünürəm ki, nəticə bizim üçün yaxşı hesab olunmalıdı.
 
- İkinci hissədəki oyununuz heç-heçəyə oynadığınızı göstərdi. "Qəbələ"nin məğlubiyyətinin buna təsiri oldumu?
 
- Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin adaptasiyası ləngiyir. Bir neçə oyun lazım idi ki, tam uyğunlaşdılar. “Qəbələ”nin oyununa fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam. Məqsədimiz uduzmamaq idi. Deyərdim ki, İlkinin qırmızı vərəqə alması oyunumuza təsir etdi. Onun meydandan qovulmasından sonra müdafiəyə meyilli futbol oynadı.
 
- Texniki zonada ilk dəfə “dirjor” rolunda idiniz. Özünüzü necə hiss edirdiniz?
 
- Normal. Pis deyildi.
 
- İlkin Muradov qırmızı vərəqə aldığı epizodda yersiz hərəkətlər etdi. Onun cəzalanacağı gözlənilir?
 
- Təkrara baxacağıq, epizodu analiz etdikdən sonra qərar verəcəyik.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31