28 Noyabr 2025, Cümə
Medinanın son durumu bəlli oldu
XIII turun hakim təyinatları
“Qarabağ” “Napoli”yə uduzdu
"Neftçi" "İmişli"yə məğlub oldu

Ölkə futbolu

“Qəbələ”dən daha bir transfer

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib. Malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qara” forma geyinəcək.

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30