Ölkə futbolu
Yaşar Vahabzadə: “Ölkə başçısından xoş sözlər eşitmək sevindiricidir”
IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə turnirlə bağlı affa.az saytına açıqlama verib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə İslamiadaya hazırlıqdan danışıb: “Bu vaxta qədər U-23 milli komandası mövcud deyildi. IV İslam Həmrəyliyi Oyunlarında iştirakla əlaqədar bu komanda yaradıldı və AFFA rəhbərliyi baş məşqçi vəzifəsini mənə həvalə etdi. Buna görə assosiasiya rəhbərliyinə təşəkkür edirəm. Təyinatıma təkan verən məqamlardan biri yaşla əlaqədar heyətə cəlb edilən futbolçuları yaxından tanımağım, onların əksəriyyətinin bir müddət əvvəl rəhbərliyim altında U-21-in rəsmi oyunlarında iştirak etmələri oldu. AFFA tərəfindən komandanın hazırlıq keçməsi üçün hər cür şərait yaradılsa da, vaxtımız az olduğundan və ölkə çempionatı davam etdiyindən cəmi 2 dəfə qısamüddətli təlim-məşq toplanışı təşkil etdik”.
Vahabzadə turnir öncəsi heyəti necə formalaşdırmasından da danışıb: “Turnirin Əsasnaməsinə görə heyətə 23 yaşdan böyük 3 futbolçu cəlb edə bilərdik ki, bu seçimi edərkən də əsas millinin baş məşqçisi Robert Prosineçki ilə məsləhətləşdik. Yığmanın üzvləri - Ağabala Ramazanov və Ruslan Abışovun U-23-ə kömək etməsinə şərait yaratdığına görə, baş məşqçiyə təşəkkür edirəm”.
Millimizin çalışdırıcısı qrupda güclü rəqiblərlə üz-üzə gəldiklərini bildirin: “Püşkatmadan dərhal sonra açıqlamamda da qeyd etmişdim ki, ən güclü rəqiblər bizim qrupda toplaşıb. Oyunlar zamanı da bunun şahidi olduq. Təbii ki, yarışa qatılan zaman komandanın qarşısına konkret hədəflər qoyulmuşdu. İlk işimiz yarımfinala yüksəlmək idi. Oyunlar komandamızın buna hazır olduğunu göstərdi. Düzdür, 7 futbolçunun milliyə digərləri ilə müqayisədə gec qoşulması birinci oyunda sözünü dedi. Amma tədricən problemlər aradan qaldırıldı və sonrakı oyunlarda gücümüzü göstərə bildik. Mayın 8-dən 21-dək olan müddətdə 5 oyun keçirdik ki, onlardan da 3-ü süni meydançada baş tutdu. Belədə futbolçulardan yüksək fiziki hazırlıq tələb olunurdu. Üstəlik, əsas heyətdə çox dəyişiklik etmirdik. Maksimum bir-iki əvəzetməyə əl atırdıq. Final oyununda Vüqar Mustafayevin meydana çıxmaması zədəsi ilə bağlı idi. Hətta oyunöncəsi məşqdə onu bir də yoxladıq, amma ağrıları meydana çıxmağa imkan vermədi. Halbuki özü də oynamağı çox istəyirdi”.
Sonda Yaşar Vahabzadə final qarşılaşmasına da toxunub: “Finla oyununda isə yalnız qalib gəlmək haqda düşünürdük. İşimizin öhdəsindən layiqincə gəldiyimizə görə futbolçularımıza, məşqçi heyətinə, komandaya ilk gündən dəstək olan azarkeşlərə, AFFA rəhbərliyinə təşəkkür edirəm. Dünən ölkə başçısı cənab İlham Əliyev qalib idmançılarla görüşdü. Cənab Prezident qalib idmançıları təbrik etdi, Təşkilat Komitəsinə təşəkkürünü bildirdi. Sonda idmançılarla xatirə şəkli çəkdirdi. Daha doğrusu, komanda ilə şəkil çəkdirilən zaman mən kənarda dayanmışdım. Sonra Prezidentə yaxınlaşdım və qısa dialoqumuz oldu, şəkil çəkdirdik. Cənab Prezident məni də təbrik etdi. Təbii ki, ölkə başçısından xoş sözlər eşitmək sevindiricidir. Ölkəmizdə idmanın inkişafı üçün yaratdığı şəraitə görə cənab Prezidentə minnətdaram”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
18.10.2026
17.10.2026
























