Ölkə futbolu
Vahabzadə: “Onları dəvət etmək üçün Prosineçkinin razılığı olmalı idi”
İslam Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə bu gün mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə hazırlıq barədə məlumat verib:
- Ayın 1-dən təlim-məşq toplanışına başlamışıq. Daha əvvəl 3-4 günlük hazırlıq proseslərimiz olub. O zaman da, indi də tam heyətlə çalışa bilmirik. Gündə 2 dəfə məşq keçirik. Komanda yarışın məsuliyyətni dərk edir. Ona görə də ciddi hazırlaşırıq. Əsas problem 7 futbolçunun komanda ilə birgə olmamasıdır. “Qarabağ” və “Qəbələ”nin futbolçuları ayın 6-da, kubokun finalından sonra komandaya qoşulacaqlar.
- Bu turnirdə sizi hansı nəticə qane edəcək?
- İlk növbədə yaxşı oyun göstərməliyik. Mətbuatdan oxuyuruq ki, bütün biletlər satılıb. Azarkeşlərin dəstəyini hiss etmək yaxşı olacaq. Əsas məqsədimiz qrupdan çıxmaqdır. Sonrasına baxacağıq.
- Kamran Ağayevin millidən kənarda qalması nədən irəli gəlirdi?
- Millinin oyunçularını dəvət etmək üçün ilk növbədə Robert Prosineçkinin razılığı olmalıdı idi. Çünki yığmanı qarşıda Şimali İrlandiya ilə çətin oyun gözləyir. Mən əsas millidən daha çox futbolçu götürmək istərdim. Amma yığmanın hazırlığını nəzərə alaraq, Kamran da daxil olmaqla bəzi oyunçulara dəvət göndərmədik.
- Ruslan Abışovu yığmaya cəlb etməyinizdə onun ulduzlu səfir olmasının nə dərəcə rolu var?
- Onun ulduzlu səfir olmağının seçimimdə heç bir rolu yoxdur. Müdafiədə lider oyunçuya ehtiyacımız var. Ona görə də Ruslana dəvət göndərdik.
- “Qarabağ” və “Qəbələ”nin futbolçularının gec qoşulması işinizi nə dərəcədə çətinləşdirəcək?
- Problem olacaq. Amma inanıram ki, yığmaya hazır vəziyyətdə qoşulacaqlar. “Qəbələ” və “Qarabağ”dan gələn futbolçular həm təcrübəlidirlər, həm də oyun praktikaları var. Rəşad Sadiqovun təcrübəsinə güvənirəm.
- Bildirdiniz ki, hər mğvqedə 1 lider futbolçu olmalıdır. Olmazdı ki, hücum xəttində Rauf Əliyevə dəvət göndərəsiz?
- 3 yaşlı futbolçu seçə bilərdim. Mirabdulla Abbasov, Mahir Mədətov kimi komandamızda gənc hücumçular var. Onlara dəvət göndərdik. Dediyim kimi, imkanım olsaydı daha çox təcrübəlini yığmaya dəvət edərdim.
- Qrupdakı rəqibləri necə dəyərləndirərdiz və ilk oyunun Kameruna qarşı olmasını əlavə çətinlik saymaq olar?
- Rəqib komandaların oyunlarını izləmişik. Adlara görə çətin qrupa düşmüşük. İlk matçlar həmişə çətin keçir, həyəcan olur. Komanda adətən oyundan-oyuna artırır. Mayın 5-də Kamerun “Sumqayıt”la yoxlama oyunu keçirəcək. Həmin görüşü də stadiondan izləyəcəm.
- Rəqiblər haqda hansı məlumatları toplamısız?
- Heyətdəki adlar bizə heç nə demir. Kamerunun heyətində “Monako”, “Kayzerslauter”nin futbolçularının olduğu deyilirdi. İlk turda Mərakeş və Səudiyyə Ərəbistanının da nəyə qadir olduğunu biləcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
12.10.2026
11.10.2026
























.jpg)