14 Oktyabr 2025, Çərşənbə axşamı
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib

Ölkə futbolu

“Neftçi”də istefa: “Budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik”

“Neftçi” rəhbərliyi azarkeşlərlə iş üzrə əlaqələndirici Kənan Hənifəyevi vəzifəsindən göndərib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə paytaxt klubunun azarkeşlərinin "Facebook" səhifəsində paylaşım edib. 
 
Bildirilir ki, onun vəzifəsindən azad edilməsinə Topaz Premyer Liqanın 24-cü turunun “Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb göstərilir.
 
Həmin paylaşımda fanatlar klub rəhbərliyinin bu qərarını belə şər edib: “Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız “qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (2 aprel – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi. Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi. Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik”
 
Qeyd edək ki, həmin oyunda "Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31