Ölkə futbolu
Tellur Mütəllimov: “Rəqibi istək hesabına məğlub edə bildik”
“Qəbələ” Topaz Premyer Liqasının XXI turunda “İnter”i 2:0 hesabı ilə məğlub edib.
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın ilk qolunu klubun yetirməsi olan Tellur Mütəllimov vurub. 22 yaşlı müdafiəçi qarşılaşma və qolu haqda fikirlərini klub saytına açıqlayıb: “Çətin oyun alındı. Çox sevinirəm ki, belə bir matçda qalib gəldik. Qələbə qazanmağımızda əməyim olduğu üçün şadam. Çalışacağam ki, daim yaxşı oynayım. Həm oyunum, həm də vuracağım qollarla komandamıza kömək edim. Bu, “Qəbələ”nin əsas heyətində 2-ci qolum idi. Qol epizoduna gəlincə isə bilirəm ki, bəzən belə hallarda qapıçılar səhv edir. Yenə xətanın olmasını gözləyirdim. Elə oldu ki, top da düz qarşıma düşdü. Mən də imkandan yararlanıb boş qapını nişan aldım”.
İlk yarıda meydan sahiblərinin müqavimətini qıra bilməyən “Qəbələ” hər iki qolu fasilədən sonra vurub. Müdafiəçi bunun istək hesabına əldə olunduğunu düşünür: “İlk yarıda müəyyən səhvlərimiz oldu. Fasilədən sonra bunu aradan qaldırıb, istəyimizə çatdıq. Yaxşı başa düşürdük ki, bizə qol lazımdır. Həmin dəqiqələrdə məqsədimiz qol vurub, hesabı açmaq idi. İkinci hissədə rəqibi istək hesabına məğlub edə bildik”.
III dövrənin son oyunundakı qələbədən sonra liderliyini qoruyan “Qəbələ”nin yetirməsi son matçların önəmini vurğulayıb: “Hər oyuna qalib gəlmək üçün çıxırıq. Çempionatın sonundakı hər görüş böyük əhəmiyyət kəsb edir. Bizim üçün artıq hər matç final xarakteri daşıyır. Çalışacağıq ki, son görüşlərin hamısından 3 xal əldə edib, çempion titulunu qazanaq”.
Martın 9-da Qətərlə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına dəvət olunan Mütəllimov dəvətə sevindiyini bildirib. Son vaxtlar müdafiəçi kimi çıxış edən futbolçu əvvəllər oynadığı yarımmüdafiədə də bacarığını göstərməyə hazırdır: “Milliyə dəvət olunacağımı gözləmirdim. Bütün fikrimi “Qəbələ”dəki oyunlarıma yönəltmişdim. Bu mənim üçün xoş sürpriz oldu. Yığmanın baş məşqçisi Robert Prosineçkiyə buna görə təşəkkür edirəm. Qətərlə matçda oynatsa da, oynatmasa da, əsas odur ki, milli komandaya çağırıb. Son vaxtlar artıq müdafiəyə adət etmişəm. Amma ciddi fərqi yoxdur. Hansı mövqedə şans versələr, lap ön xətdə də çıxış edə bilərəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
09:00
Çempionlar Liqası: “Turan” Tovuzda “Mladost”u qəbul edir
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
20.10.2026
19.10.2026
18.10.2026
























