19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

“Qəbələ” “Traktorsazi” ilə gücün sınadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası üçüncü yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Təbrizin “Traktorsazi” klubunun əvəzediciləri ilə qarşılaşıb. Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Hər iki komanda görüşə qara sarğı ilə çıxıb. 
 
“Qəbələ”nin baş məşqçisi Hüseynqulu Quliyev toplanış çərçivəsindəki son matçda aşağıdakı start “11-liy”inə şans verib: Həsən Hüseynov, Amin Seydiyev, Əzəmət Ələkbərli, Tural Məmmərzayev (k), Ayxan Əsədov, Sahil Mirzəyev, Ravil Yusifli, Səid İbadov, Elvin Həsənov, Xəyal Əmirli, Qədir Bayramlı. 
 
Oyunun gedişində qapıçılar Əmrah Zülfüqarlı, Süleyman Süleymanov, həmçinin Sahil Zeynalov, Rövlan Muradov, Ülvi İbazadə, Ülvi İsgəndərov, Elvin Dəmirov, Nurlan Quliyev də meydana daxil olublar. 
 
“Qəbələ”nin üstünlüyü ilə keçən oyun təmsilçimizin böyükhesablı qələbəsi ilə başa çatıb. “Qırmızı-qaralar” rəqibini böyük hesabla məğlub edib – 4:1. Qalib komandanın qollarını Qədir Bayramlı, Səid İbadov, Rövlan Muradov və Nurlan Quliyev vurublar. 
 
Xatırladaq ki, “Qəbələ” əvəzediciləri ilk iki oyunda Albaniyanın “Partizani” (2:6) və Türkiyənin “Manavqatspor” (4:1) klubları ilə qarşılaşıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31