18 Yanvar 2026, Bazar günü
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

“Biz də çempionluğa oynayırıq”

“Çətin oyun keçdi. Maraqlı qarşılaşma alındı. 90 dəqiqə ərzində gərgin mübarizəyə şahidlik etdik”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri MOİK-in qapıçısı Ağaseyid Qasımov deyib.

I divizionun XI turunda MOİK öz meydanında “Turan Tovuz”la heç-heçə oynayıb - 2:2.

Qasımov liderdən xal aldıqları görüş haqda bunları söyləyib: “Liderdən xal aldıq. Biz də çempionluğa oynayırıq. Buna görə də xal qazanmağa məcburuq. Mövsümün gedişatında çoxlu xal itirmişik. İndi itirdiyimiz xalları yenidən toplamalıyıq ki, liderlərə çataq”.

Qasımov bir müddət əvvəl komandada baş verən məşqçi dəyişikliyi ilə bağlı sualı belə cavablandırıb: “Komandada məşqçi dəyişikliyi oldu. Hazırda hər şey qaydasındadır. Hər hansı problemimiz yoxdur”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31