18 Iyun 2026, Cümə axşamı
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda
Sadıqov püşkü dəyərləndirdi

Ölkə futbolu

UEFA nümayəndəsi "Qarabağ"ın "Slovan"ı qəbul etmək istədiyi stadionda olub

"Qarabağ"ın futbol üzrə Avropa Liqasında Çexiya "Slovan"ı ilə ev oyununu keçirmək istədiyi Dalğa Arena"ya UEFA nümayəndəsi baxış keçirib. Bu barədə "Report"a stadionun direktoru Vüqar Haşımov məlumat verib.

Onun sözlərinə görə, Avropa futbol qurumunun nümayəndəsi Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla birgə arenanı gəzib. Daha sonra onlar "Qarabağ"ın uzunmüddətli icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionuna yollanıblar.

Qeyd edək ki, Respublika stadionunun ot örtüyü yararsız vəziyyətə düşdüyündən, "Slovan"la oyunun "Dalğa Arena"da keçirilməsi nəzərdə tutulub. Qarşılaşma sentyabrın 15-də saat 19:00-da başlanacaq

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30