2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Ölkə futbolu

“Qəbələ” bu dəfə heç-heçə oynadı

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri hazırlıqların son günündə Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib. Təmsilçimiz matçın 20-ci dəqiqəsində hesabı açıb. Gürcüstan təmsilçisinin qapısına “qırmızı-qaralar”ın yeni transferi Nika Kvekveskiri yol tapıb. Bu qoldan 15 dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yarada bilib - 1:1. Oyundan sonra komanda Bakıya qayıdıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə görüşəcək “Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin “Dila” klubu ilə (2:0) üz-üzə gəlib.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30