3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

FİFA-dan "Neftçi"yə rədd cavabı

2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi” PFK-ya transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə “Neftçi” PFK-nın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Emil Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” PFK tərəfindən birtərəfli qaydada xitam verilmişdi.

13.03.2012-ci il tarixdə isə “Neftçi” PFK tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılıb.

Emil Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq “Neftçi” PFK-dan təzminat tələb etmişdi.

 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı.

Bu qərarla əlaqədar olaraq 15.07.2015-ci il tarixdə “Neftçi” PFK Emil Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamışdı. 3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlanılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28