Ölkə futbolu
“Bilirdim ki, bir qol vursam..."
“Kəpəz”in hücumçusu Aleksandr Sitnik klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Burada mənim üçün hər şey normal, demək olar ki, ürəyimcədir. Mənə qarşı münasibət əladır. Mehriban kollektivimiz, yaxşı komandamız var.
- Aleksandr, sənin “Kəpəz”dəki hədəflərin nədən ibarətdir?
- Hamı eyni məqsəd uğrunda birləşdiyindən bizim hədəfimiz eynidir. Qələbələr qazanıb çempionatda uğurla iştirak etmək istəyirik. Biz buna çalışırıq. İlk əvvəllər oyunumuz da nəsə alınmırdı, indi isə hər şey yoluna düşüb. Hamı qələbə qazanmaq istəyir, rəhbərlik də, məşqçilər də, futbolçular da. Elə azarkeşlər də bizdən bunu gözləyir.
- Yoldaşlıq görüşlərində və məşqlər zamanı ikitərəfli oyunlarda sən qol vursan da, çempionat matçlarında bir qədər gec qol hesabını aça bildin.
- Çox pərişan olmuşdum, vəziyyət o həddə çatmışdı ki, qol vura bilməməyim barədə heç düşünmək belə istəmirdim. Ancaq bilirdim ki, bir qol vursam, mütləq özümə gələcəyəm. Özünəinam hissini yaratmaq üçün hücumçunun qol vurması çox vacibdir. Sadəcə, alınmırdı. Fərqlənməyi isə çox istəyirdim.
- Artıq qol hesabını açdın...
- Məşqlərdə hər zaman bunun üzərində işləyirdim. Əvvəlki oyunlarda komanda yoldaşlarımın qol vurması üçün şərait yaratmışdımsa, “Qəbələ”yə qarşı matçda özüm də nəhayət ki, fərqlənə bildim.
- Baş məşqçi Şahin Diniyev həmişə müsahibələrində sənə inandığını və uyğunlaşma üçün vaxt tələb olunduğunu bildirirdi.
- Baş məşqçimizə bu sözlərə və mənə olan inamına görə minnətdaram. Hücumçunun işi qol vurmaqdır, bunu mən də yaxşı başa düşürəm. İstənilən halda, Şahin müəllim və komanda yoldaşlarım həmişə mənə dəstək olublar və buna görə onlara təşəkkür edirəm. Yenə deyirəm, hücumçunun özünü oyunda hiss etməsi üçün qol vurması əsas şərtdir. İlk qolumu vurdum, yəqin ki, artıq davamı gələcək.
- Gəncəli azarkeşlər hər oyunda komandaya dəstək verirlər. Onlar haqda nə deyə bilərsən?
- Onlara da minnətdaram, bizi qələbələrə həvəsləndirirlər. Futbolu fanatlar üçün oynayırıq. Azarkeşlər stadionu dolduranda, oynamaq həvəsi birə-beş artır. Təbii ki, çalışırıq onları həmişə qələbələrlə sevindirək, arzu olunan nəticəni qazanaq.
- Hansı oyun sənin üçün daha yadda qalan olub?
- Oyunları pis və ya yaxşı oyuna bölmək istəmirəm. Hər matçın öz yeri var. Bütün oyunlarda meydana uğur qazanmaq, layiqli futbol nümayiş etdirmək üçün çıxmışıq. Bəzən alınıb, bəzən də yox. Başa düşmək lazımdır ki, 2-3 aya komanda yaratmaq çətindir. Futbola vaxt vermək lazımdır, bunu yəqin ki, hamı yaxşı başa düşür. Biz hamımız “Kəpəz”in uğuru üçün səy göstəririk, ümid edirəm ki, etimadı doğrulda biləcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
“Turan Tovuz” və “Zirə”nin səfər sınağı
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
18.10.2026
17.10.2026
16.10.2026























