19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

Prosineçki məşqçilərlə görüşdü

AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Məşqçilər Komitəsi ilə birgə aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri ilə görüş keçirib. Futbolxeber.az-ın məlumatına görə, görüşdə U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar müzakirə olunub, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı barədə hesabat dinlənilib. Müzakirəyə çıxarılan məsələlərdən biri də bəzi futbolçuların milli komandaların toplanışlarına fiziki baxımdan hazırlıqsız gəlməsi olub. Bu və digər məsələlərin həlli, həmçinin futbolun inkişafı ilə fikir mübadiləsinin aparılması məqsədilə Robert Prosineçkinin və Məşqçilər Komitəsinin yaxın günlərdə Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə görüşünün keçirilməsi qərara alınıb.


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31